DÖVLƏT AQRAR UNIVERSITETINDƏ QİYMƏT BAZARLIĞI: REKTOR ISƏ BU MEXANIZMDƏN NARAHAT DEYIL

noy-20
02:21 2015
DÖVLƏT AQRAR UNIVERSITETINDƏ QİYMƏT BAZARLIĞI: REKTOR ISƏ BU MEXANIZMDƏN NARAHAT DEYIL























Dövlət Aqrar Universiteti bütün bazarlıqlar fəsillər qədər axarla gedir

Xeberci.info məlumatına görə, Azerinews.tv xəbər verir ki , Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisəsi semestr imtahanlarının haqq-hesabını çəkir. Rektor İbrahim Cəfərov ölkənin tanınmış təhsil ocağını biznes obyektinə çevirməklə öz maliyyə imkanlarını genişləndirib. Universitetdə imtahanlar zamanı tələbələrdən qiymətə görə alınan xərac Tədris İşləri üzrə prorektoru Anar Hətəmovun nəzarəti altında həyata keçirilib.
Rektor yaxasını kənara çəkməklə bu prosesə qıraqdan təsirini göstərib. Məlumatda qeyd olunur ki, İ.Cəfərov tələbələrə təzyiq etməklə buna nail olur. O, elə bir rüşvət sistemi yaradıb ki, tələbələr bu labirintdən çıxa bilməsin.
Ali məktəbdə təhsilin səviyyəsindən isə danışmağa dəyməz. Gəncədə yerləşən Dövlət Aqrar Unversiteti kənd təsərrüfatı sahəsi üçün mütəxəssislər yetişdirməlidir. İ.Cəfərov isə təhsil ocağında rüşvəti yetişdirməklə bəhrəsini görməkdədir.
Universitetin Aqronomluq, Aqrotexnologiya, Baytarlıq Təbabəti və Əczaçılıq fakültələrində imtahanlar əyani görüşlərlə keçirilir. Dekanların qəbuluna yazılan tələbələr semestr imtahanının məbləğini danışırlar. Elektroenergetika və İnformasiya Texnologiyaları, Mühəndislik, Aqrar İqtisadiyyat fakültələri də geri qalmır.
Hər imtahan üçün 30-40 manat rüşvət alınır. Eyni zamanda bir çox tələbələr var ki, onlar ildə bir dəfə universitetə təşrif buyururlar. Həmin tələbələr universitet rəhbərliyinə illik deyilən “ödəmə” verirlər. Azerinews.tv-yə daxil olan bir digər məlumatda isə bildirilir ki, Universitetə testdən kənar qəbul olmaq üçün real imkanlar da var. Əgər tanışın varsa ən azı 6-8 min manat arası rüşvətlə qəbul oluna bilərsən. Yox tanışın yıxsa bu qəbul sən 3 min manat baha başa gələ bilər. Bu prosesde Dövlət Aqrar Universitetində QİYMƏT bazarlığı: Rektor isə bu mexanizmdən narahat deyilProrektor Anar Hətəmovun xüsusi əməyi qeyd etmək lazımdı. Qiyabi təhsil alan yüzlərlə tələbə isə hər semestrdə qiyabi şöbənin müdiri Siyavuş Vəliyevlə görüşüb əl sıxırlar. Hər imtahan üçün 50 manat “ödəmə” verən qiyabi oxuyan tələbələr imtahanlarından kafi qiymət almış hesab olunurlar. Bu universitetin gözəlliyi və özəlliyi odur ki, burda qiymətlər münasibdir...
Ardı var
Qarşı tərəfidə dinləməyə hazırıq

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər