Kürdəmirin Yenikənd kəndində səyyar qəbul keçirilib

noy-07
08:48 2019
Noyabrın 7-də Yenikənd kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun növbəti səyyar qəbul-görüşü keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və Yenikənd kənd inzibati ərazi dairəsinə daxil olan Mürtülü, Dəyirmanlı, Təklə və Yenikənd kəndlərinin sakinləri iştirak ediblər.
Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, regionlara göstərilən qayğı və diqqətdən söz açaraq, Kürdəmir rayonunda görülmüş işlər barədə geniş məlumat verdi. Ceyhun Cəfərov rayonun Yenikənd kənd inzibati ərazi vahidliyində də xeyli abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü diqqətə çatdırdı. Rayon rəhbəri vurğulayıb ki, Yenikənd-Dəyirmanlı avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi, yük və sərnişin daşınması daha da asanlaşacaq, ən əsası bölgədə kənd təsərrüfatının inkişafında geniş imkanlar yaradacaqdır.
Səyyar qəbulda iştirak edən kənd sakinləri çıxış edərək içməli və suvarma su təminatı, elektrik enerjisi və təbii qaz təchizatı , pay torpaqlarını suvaran kanalların təmizlənilməsini, sosial müdafiə və digər məsələlər barədə müraciət ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya, eləcə də Yenikənd-Dəyirmanlı avtomobil yolunun tikintisinə görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Kürdəmirin Yenikənd kəndində səyyar qəbul keçirilib
Kürdəmirin Yenikənd kəndində səyyar qəbul keçirilib
Kürdəmirin Yenikənd kəndində səyyar qəbul keçirilib

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər