Yeni icra başçısı ilk dəfə sakinlərin qarşısında - Foto

noy-07
08:00 2019
Yevlax Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunmuş Anar Tağıyev şəhərdə sakinlərlə ilk görüşünü keçirib.

Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə ümumilikdə 500 nəfərdən çox insan toplaşıb.

Anar Tağıyev Prezidentin qəbulunda olduğu zaman tapşırılan vəzifələrlə yanaşı, ilk növbədə rayon sakinlərinin müraciət və problemlərinə həssaslıqla yanaşmağı tapşırıb. Anar Tağıyev qeyd edib ki, Yevlax rayonunda bir sıra problemlər qalmaqdadır və onların aradan qaldırılması üçün əlindən gələni edəcək.

“Açıq mikrofon” formatında, dialoq şəklində 4 saatdan çox müddətdə keçən, 80-ə yaxın sakin çıxış etdiyi görüşdə vətəndaşların bütün sahələri əhatə edən təklif və müraciətləri nəzarətə götürülərək icrası ilə bağlı müvafiq qurum və vəzifəli şəxslərə tapşırıqlar verilib.


Yeni icra başçısı ilk dəfə sakinlərin qarşısında - FotoYeni icra başçısı ilk dəfə sakinlərin qarşısında - Foto

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər