Prezidentin yeni təyin etdiyi gənc icra başçısından — NÜMUNƏVİ ADDIM

noy-05
11:35 2019
Prezident İlham Əliyevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin etdiyi Elnur Rzayev nümunəvi addım atıb.
Baku.ws xəbər verir ki, 39 yaşlı icra başçısı digərlərindən fərqli olaraq vətəndaşları hər gün qəbul etmək qərarına gəlib. Belə ki, Xaçmazda Elnur Rzayevin qəbulunda olmaq istəyən yerli sakinlərə hər gün səhər 10-dan etibarən onunla görüşək fürsəti yaradılıb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşəcək vətəndaşlar bu yolla öz problemlərini birbaşa ona çatdıracaq və yaranacaq neqativ halların həllinə tez bir zamanda nail olacaq.
Qeyd edək ki, Elnur Rzayev İcra Hakimiyyətinin başçısı təyin olunan zaman mətbuata açıqlamasında əlindən gələni əsirgəməyəcəyini bildirmişdi.

“Təyinatım mənim üçün böyük sürpriz oldu. Cənab Prezidentə bu etimadına görə minnətdarlığımı bildirirəm. Çalışacağam ki, mənə olan etimadı doğruldum. Bir icra başçısı kimi əlimdən gələnin ən yaxşısını etməyə hazıram”,- deyə yeni icra başçısı vurğulamışdı.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər