Sabahdan büdcə müzakirələri başlayır

noy-04
13:24 2019
Noyabrın 5-dən etibarən Milli Məclisin komitələrinin birgə iclasında 2020-ci il dövlət büdcəsinin müzakirəsi başlanacaq
Bu barədə Milli Məclisdən məlumat verilib.

Dövlət büdcəsinin parlamentin komitələrində müzakirəsi noyabrın 5-dən 7-dək davam edəcək. 3 gün ərzində, hər gün 5-6 komitəsinin birgə iclasında büdcə paketi parlamentarilər tərəfindən müzakirə olunacaq.

Dövlət büdcəsini hökumət adından Maliyyə naziri Samir Şərifov təqdim edəcək.
Komitə iclaslaırnda yeni iqtisad naziri Mikayıl Cabbarovun iştirakə və çıxışı gözlənilir.

Komitələrdə müzakirələr bitdikdən sonra büdcə zərfi Milli Məclisin plenar iclasında müzakirəsinə tövsiyyə olunacaq.
Büdcə zərfinin parlamentin plenar iclasının noyabrın 12-də keçiriləcək iclasında başlayacaq və noyabrın 14-dək davam edəcək.

Parlamentin plenar iclasında büdə zərfinin müzakirəsi başda Baş nazir Əli Əsədov olmaqla, hökumətin digər üzvləri də yaxından iştirak edəcək. Hökumət üzvləri büdcə zərfini parlamentarilərə təqdim etməklə yanaşı, 3 gün ərzində müzakirələr zamanı səslənən təkliflərə öz münasibətlərini bildirəcəklər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər