"Göstərilən faktlar iftiradan başqa bir şey deyil" - Taleh-TT MMC-nin rəhbəri Əlşah Dəmirov

okt-31
23:01 2019
Respublikanın bir necə xəbər saytlarında "TALEH TT" MMC-yə 2000000 ödənəcək - Ağsu icranın TENDER oyununda kim uddu, kim uduzdu" sərlövhəli tənqidi yazı dərc olunmuşdur. Yazıda Agsu Rayon İcra Hakimiyyətinin Ağsu rayonunda 5 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan çəkmiş çoxsaylı yaşayış evlərindən sənədləri hazır olan (smeta və Fövqəladə Hallar nazirliyinin qiymət cədvəlləri) yaşayış evlərində təmir işləri ilə bağlı elan etdiyi tenderin qalibi "TALEH TT" Məhdud Məsuliyyətli Cəmiyyətin yarıtmaz fəaliyyətindən bəhs olunmuşdur. Həmin tənqidi yazı ilə baglı Taleh-TT MMC-nin rəhbəri Əlşah Dəmirov redaksiyamıza bildirmişdir ki, məqalədə göstərilən faktlar iftiradan başqa bir şey deyildir. "Taleh-TT MMC birinci dəfədi ki, Ağsu rayon İcra Hakimiyyətində keçirilən tenderdə iştirak edir. Zəlzələ ilə əlaqədar Ölkə Prezidentinin sərancamlarına əsasən vətəndaşların ziyan dəymiş evləri təcili təmir olunması ilə bağlı Ağsu rayon İcra Hakimiyyətinə vəsait ayrılmışdır. İşlərin tez başa çatması üçün Taleh-TT MMC ilə bir başa müqavilə bağlanmışdır. Hal-hazırda işlər yüksək keyfiyyətlə davam edir. 786 evlə müqavilə bağlanmış, bundan 425 ev tam təmir olunub istifadəyə verilmişdir. Qalan evlərdə də hazırda işlər davam etdirilir. Məqalədə göstərilir ki, guya bizim təşkilat Ağsuda keçirilən tenderdə kənd Təsərüfatı Nazirliyinin sifarişi ilə rayonda tikiləcək inizbati idarə binasını və labaratoriya binasını tenderdə udub. Əslində bu belə deyil. Həmin tender Kənd Təsərüfatı Nazirliyində keçirilib və qalibi də “Azəraqrotikinti “ ASC olub. Agsu ATV-nin xahişi ilə həmin obyektlərin tikintisini biz həyata kecirmişik və bunun Agsu rayon icra hakimiyyətilə hec bir əlaqəsi yopxdur. Yazılır ki, guya Göyçay ATF-nin rəisi Əlişah Dəmirov Ağsu İcra Hakimiyəti ilə bir neçə ay əvvəl asvalt-beton işlərinin görülməsi üçün 492.822 min manatlıq müqavilə bağlamışdır . Əslində belə bir tenderdə iştirak etməmişəm və heç bir müqavilə bağlamamışam və vəsait almamışam. Bu böhtandan başqa bir şey deyil və Göyçay ATF ilə mənim heç bir əlaqəm yoxdur. Qaldı Ağsu İcra Hakimiyətinin sabiq başçısı Ənvər Seyidəliyevə, o, bildiyimə görə səhəti ilə əlaqədar işdən azad olunub. Onun işdən çıxmasının heç bir tenderlə əlaqəsi yoxdur.
Sonda onu da qeyd etmək istəyirəm ki, təbii hər bir mətbuat orqanının özünün dəsti-xətti, marağı və istəyi olur. Amma bütün bunları bir araya gətirmək üçün ədalətl mövqe də lazımdır. Çünki yazılan yazıdakı qərəz göz çıxardığı qədər, maraq da ədalətsizliyin fövqündə dayanmış şəkildə görsənir.DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİNİ ƏYRİ yazmaq lazımdır."

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər