Makedoniyalı İsgəndərin əsl ölüm səbəbi açıqlandı

okt-25
08:59 2019
Aristotel Universitetinin alimləri doktor Tomas Qerasimidisin rəhbərliyi altında çoxillik araşdırma nəticəsində Makedoniyalı İsgəndərin ölüm səbəbini müəyyən edib. Onların fikrincə, məşhur sərkərdəni şərab və yağlı yeməyə olan sevgisi öldürüb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Greek Reporter” yazıb.

Yeni araşdırmanın müəllifləri İsgəndərin həyatının son günlərinin hadisələri bərpa edib. Belə məlum olub ki, xəstəliyin ilkin yaranma vaxtı ilə sərkərdənin ölümünü cəmi 14 gün ayırır. Birinci gün Makedoniyalının qarnın nahiyəsində güclü ağrılar başlayıb və hərarəti qalxıb. Şəfaçılar onu qusdurub və soyuq vannaya salıb.

İkinci gün o, gücsüzlük və titrəmədən şikayətlənməyə başlayıb. Bundan əlavə, onu qarın nahiyəsindəki ağrılar incitməyə davam edirdi. Amma, buna baxmayaraq, o, məclisə yollanıb bir neçə ağır yemək yeyib və çoxlu şərab içib. Səhərisi gün o, özünü daha pis hiss edib, hərarətə hədsiz çox tərləmə və nəfəsalma problemi əlavə olunub. Sonrakı günlərdə İsgəndərin vəziyyəti sürətlə pisləşməyə başlayıb. Onda qallüsinasiyalar yaranıb, sərkərdə fikrini izah etməkdə çətinlik çəkib.

Bütün bu simptomları bişləşdirib analiz edən alimlər belə qənaətə gəliblər ki, Makedoniyalı kəskin pankreonekrozdan (mədəaltı vəzi xəstəliyi) dünyasını dəyişib. Bu xəstəlik sağlam olmayan qida və şərabın həddindən artıq istifadəsi zamanı yaranır.

Xatırladaq ki, Makedoniyalı e.ə. 323-cü ildə 32 yaşında vəfat edib. Onu o dövrün həkimlərinin təyin edə bilmədiyi xəstəlik heyrətləndirib. Sərkərdənin malyariya, tif, pnevmoniya və hətta xərçəngdən dünyasını dəyişdiyi deyilirdi. Araşdırmanın müəllifləri izah ediblər ki, malyariya qısa vaxt ərzində ölümə səbəb ola bilməz, tifin digər simptomları var, pnevmoniya üçün isə qarın ağrıları xarakterik deyil.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər