Mbappe Messinin rekordunu üstələyərək Çempionlar Liqasının tarixinə düşüb

okt-23
11:03 2019
Fransanın “Pari Sen Jermen” komandasının futbolçusu Kilian Mbappe Çempionlar Liqasında Lionel Messinin rekordunu üstələyib.

Bu, UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda PSJ-nin Belçikanın “Brügge” komandası ilə qarşılaşmasında qeydə alınıb.

Qarşılaşmanın 52-ci dəqiqəsində parislilərin heyətində əvəzetməylə meydana çıxmış Kilian Mbappe matçda 3 qolun müəllifi olub.

Hücumçunun ikinci qolu turnirdə onun 15-ci dəfə fərqlənməsi olub. Mbappe bununla da Çempionlar Liqasının 15 qoluna imza atmış ən gənc (20 yaş, 306 gün) futbolçusu olub.

Qeyd edək ki, PSJ rəqibini 5:0 hesabı ilə darmadağın edib.

Daha əvvəl Çempionlar Liqasında bu nailiyyət 15 qol vurmuş Lionel Messiyə (21 yaş 28 gün) aid olub.

Messiyə qədər isə bu nailiyyət ispaniyalı hücumçu Raula aid olub. Bir zamanlar o da (22 yaş 163 gün) yarışdakı 15 qolu ilə turnirdə fərqlənənlərdən olub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər