Kürdəmir Rayon Çöhranlı kəndində səyyar qəbul keçirilib

okt-23
09:34 2019
Oktyabrın 22-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Çöhranlı kənd inzibati ərazi dairəsinə daxil olan Yeni Şıxımlı və Çöhranlı kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Çöhranlı kənd tam orta məktəbində keçirilən qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Nəsir Muxtarlı,rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda giriş nitqi ilə çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq keçirildiyini bildirdi. O, ölkə başçısının bütün bölgələrə, o cümlədən Kürdəmirə göstərdiyi diqqət və qayğısıdan danışdı, rayonda həyata keçirilən layihələrdən söhbət açdı. Ölkə Prezidentinin Sərəncam və tapşırıqlarına əsasən Kürdəmir rayonunda Asan Xidmət Mərkəzinin, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün bina və digər sosial obyektlərinin tikildiyini, kənd yollarının yenidən qurulduğunu söylədi.
Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov istər şəxsi, istərsə də kəndlə bağlı müraciəti və təklifi olan sakinlərə öz müraciətlərini etmələrini xahiş edib.
Kənd sakinləri enerji və su təchizatı, sosial müdafiə, Çöhranlı kənd tam orta məktəbinə yeni binanın inşa edilməsi, kənddə tibb məntəqəsinin tikilməsi, səhiyyə, məşğulluq məsələləri ilə bağlı rəy və təkliflərini veriblər. Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbul zamanı çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.Kürdəmir Rayon Çöhranlı kəndində səyyar qəbul keçirilibKürdəmir Rayon Çöhranlı kəndində səyyar qəbul keçirilibKürdəmir Rayon Çöhranlı kəndində səyyar qəbul keçirilib

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər