Nadirdən “Xalq artisti” adı alan sənətçilərə reaksiya: “Haqsızlıqlar…”

okt-22
11:47 2019
Müğənni Nadir Qafarzadə ötən gün Tünzalə Ağayeva, Röya Ayxan və Miri Yusifin “Xalq artisti” fəxri adı almasına reaksiya verib.
O, əvvəlcə sosial media hesabında video paylaşıb, 20 dəqiqə sonra isə silib.

İfaçı videoda ad çəkmədən “Hər şey yaxşıdır. Neyləmək olar ki? Həyatdır, əslində, belə də olmalıdır. Görünür tale, qismət belə imiş. Bəs, bilmirdiniz? Həmişə belə olur. Canınız sağ olsun, əsas odur. Heç narahat olmayın” deyə, ünvansız sözlər işlədib.

Daha sonra N.Qafarzadənin bu sözləri fəxri ad almadığı üçün yazdığı bəlli olub. Belə ki, izləyicilərindən biri “Fəxri ad almağınızı səbirsizliklə gözləyirik” deyə, ona rəy yazıb. Müğənni isə “Gözləmə, bu, heç vaxt olmayacaq. Haqsızlıqlar…” sözləri ilə cavab verib. O, daha sonra Röya Ayxanın fotosunu paylaşaraq, sənətçini təbrik edib.

Qeyd edək ki, müğənni bundan öncə də fəxri ad almadığına görə şikayətlənmişdi.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər