Bakı metrosunda problem: qatar boşaldıldı

okt-22
10:41 2019
Bakı metrosunda sərnişinlər boşaldılıb.

Oxu.Az xəbər verir ki, Bakı metrosunda qatarlardan birində texniki problem yaranıb.

Bu səbəbdən sərnişinlər boşaldılıb. Stansiyalarda sərnişin sıxlığı müşahidə edilib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiar Məmmədov faktı təsdiq edib. O bildirib ki, son günlər metrodan istifadə edən sərnişinlərin sayında ciddi artım müşahidə edilir:

“Bu gün “Sahil” stansiyasından “28 May” stansiyasına hərəkət edən qatarda texniki problem yaranıb. Qatar “28 May” stansiyasında dayanıb. Sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq qatar boşaldılıb və texniki baxış üçün depoya göndərilib.

Onun əvəzinə xəttə yeni qatar buraxılıb. Hazırda qatarlar arasında interval qrafikə uyğun şəkildə davam etdirilir. Ümumiyyətlə, son dönəmlər metrodan istifadə edən sərnişinlərin sayında ciddi artım var. Bu gün isə stansiyalarda sərnişin sıxlığı müşahidə edilir”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər