Röyadan xalq artisti kimi – İlk açıqlama

okt-22
08:48 2019
Müğənni Röya “Xalq artisti” fəxri adı almasından bəhs edib. Minval.info-a açıqlama verən sənətçi ölkə başçısına və Birinci Vitse-Prezident Mehriban Əliyevaya təşəkkür edib:

“Məni bu illər ərzində səhvim və düzüm ilə dəstəkləyən dostlarım, media dostlarım, yanımda çalışan dostlarım və eyni zamanda da məni mən edən, mahnılarım ilə ağlayan, gülən, sevinən hər kəsə təşəkkür edirəm. Çünki, bu ad mənim deyil, sizindir. Bu ad mənə bu sevgiyə görə verilib. Dövlət başçımıza təşəkkür edirəm. Eyni zaman da Mehriban xanıma da təşəkkür edirəm. Ailəmi sevindirdiklərinə görə bir daha təşəkkür edirəm. Mənim ilə bir yerdə bu ada layiq görülən sənət dostlarımı da təbrik edirəm. Hamınızın gözü aydın. Allah heç kimin əziyyətini yerdə qoymasın”.

Qeyd edək ki, prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə Tünzalə Ağayeva, Miri Yusif və Röya Ayxan fəxri ada layiq görülüb.
Könül

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər