“Ümid edirəm ki, digər yoldaşlara yaxşı bir örnək olacaq” — İlham Əliyev Əli Həsənovun istefası haqqında

okt-22
08:20 2019
"Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara yaxşı bir örnək olacaq".
Bunu Prezident İlham Əliyev oktyabrın 21-də Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edərkən bildirib:

"Hörmətli Əli müəllim, bu gün siz mənim ünvanıma ərizə yazmısınız. Ərizədə tutduğunuz vəzifədən azad olunmağınızı xahiş edirsiniz. İstərdim ki, sizə ölkəmizin inkişafına verdiyiniz töhfələrə görə təşəkkürümü bildirim. Siz uzun illərdir ki, Azərbaycanın hərtərəfli inkişafında fəal rol oynayırsınız. Ulu öndər Heydər Əliyev tərəfindən irəli çəkilmisiniz, hələ sovet dövründə onun qərarı ilə yüksək vəzifələrə təyin olunmusunuz, müstəqillik dövründə 21 ildir ki, Baş Nazirin müavini vəzifəsində çalışırsınız, son 16 il ərzində mənim rəhbərliyimlə.
Əlbəttə, sizə olan yüksək etimad onu göstərir ki, tutduğunuz vəzifələrdə işin öhdəsindən şərəflə gəlmisiniz. Ancaq, əlbəttə, həyat yerində durmur, yeni Baş Nazir təyin edilib, Nazirlər Kabineti qarşısında yeni vəzifələr qoyulub. Bir də ki, siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır".

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər