Ağsuda “18 Oktyabr – Dövlət Müstəqilliyi Günü” qeyd olunub

okt-21
09:48 2019
Ağsuda Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü qeyd olunub. Tədbir iştirakçıları öncə şəhərin mərkəzindəki Heydər Parkında Ümummilli Liderimizin abidəsini ziyarət ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən təntənəli yığıncaqda məktəblilər Azərbaycana, müasir, müstəqil dövlətimizin qurucusu və memarı Heydər Əliyevə həsr olunan şeirlər səsləndiriblər.
Rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev Dövlət Müstəqilliyi Günü münasibətilə iştirakçıları təbrik edərək vurğulayıb ki, son yüz ildə Azərbaycan xalqı öz müstəqilliyinə iki dəfə qovuşmaq imkanı qazanıb. 1918-ci ildə ilk dəfə özünün müstəqilliyini elan edib. Həmin il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini qəbul etsə də, müstəqil dövlət kimi cəmi 23 ay yaşayıb. 1991-ci ildə sovetlər birliyinin dağıldığı vaxt Azərbaycan xalqı müstəqilliyini yenidən bərpa edib. Belə ki, həmin il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edib, bu akt dekabrın 30-da ümumxalq səsverməsi yolu ilə bəyənilib.
Müstəqilliyimizin möhkəmləndirilməsi və əbədilik qazanmasının dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran icra hakimiyyətinin başçısı, o vaxt parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın məhz Ulu Öndərin böyük dövlətçilik təcrübəsi və gərgin səyi ilə öz müstəqilliyini qoruyub saxlaya bildiyini söyləyib. 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib. Vahid Tağıyev qeyd edib ki, bu gün doğma vətənimiz Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən qüdrətli ölkəsinə çevrilib.
Sonra rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyevanın “Müstəqilliyin qorunub saxlanması onun qazanılmasından qat-qat çətindir” mövzusunda məruzəsi dinlənilib, çıxışlar olub.
Milli Məclisin deputatı Tahir Kərimli çıxışında bu gün çiçəklənən Azərbaycanın müstəqillik yolunda keçdiyi ağır və çətin sınaqlardan danışıb.
Ağsuda “18 Oktyabr – Dövlət Müstəqilliyi Günü” qeyd olunubAğsuda “18 Oktyabr – Dövlət Müstəqilliyi Günü” qeyd olunub

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər