8 qəzalı yaşayış binası sökülür – Köçürülmə başlandı

okt-21
09:24 2019
Bakının Sabunçu rayonunda qəzalı vəziyyətdə olan 8 yaşayış binasında sakinlərin köçürülməsinə başlanılıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, həmin binaların istismar müddəti başa çatıb və komissiya tərəfindən istifadəyə yararsız hesab edilib. Buna görə də həmin binadakı ailələrin köçürülməsinə start verilib. Yaxın vaxtlarda köçürülmə prosesi başa çatacaq və həmin binalar söküləcək.
Məlumatda qeyd edilir ki, yaşayış binaları Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6, Sabunçu qəsəbəsində A.Əsədullayev küçəsi, 27, M.Rəsulzadə dalan 3, ev 2, B.Bünyatov küçəsi, 7A, 2 Aprel küçəsi, ev 8A, 2 Aprel küçəsi, ev 18, D.Pişəvari küçəsi, 13Q və D.Pişəvari küçəsi,15 ünvanındakı binalardır. /BakuPost.az/

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər