Prezident sərəncam imzaladı

okt-17
21:40 2019
Prezident İlham Əliyev Yuxarı Şirvan kanalının Türyan çayı ilə kəsişməsindəki dükerin mühafizəsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, “Yuxarı Şirvan kanalının Türyan çayı ilə kəsişməsindəki dükerin yumaya qarşı mühafizəsi üçün barraj-fiksatorun təmir-bərpası”nın başa çatdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 000 manat vəsait ayrılsın.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər