Prezident İlham Əliyev liftlərlə bağlı yeni sərəncam imzalayıb

okt-17
21:36 2019
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 5 fevral tarixli 927 nömrəli sərəncamına dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezidentin imzaladığı sərəncamda belə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamına Əlavə - “Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş çoxmənzilli binaların şəhər və rayonlar üzrə bölgüsünə dair siyahı”nın 2-ci hissəsində “Binaların sayı, ədəd” və “Sayı ədəd” sütunlarında “35” rəqəmləri “40” rəqəmləri ilə, “İstismara yararsız liftlərin sayı, ədəd” sütununda “75” rəqəmləri “83” rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2019-cu il".

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər