Kürdəmir Rayon Mehdili kəndində səyyar qəbul keçirilib

okt-17
14:32 2019
Oktyabrın 17-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Mehdili kənd inzibati ərazi dairəsinin Öyləqulu, Qoçulu, Mehdili və Dayıkazımlı kəndlərinin sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qəbulda giriş nitqi ilə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov ölkə Prezidentinin Sərəncamlarına əsasən Kürdəmir rayonunda “Asan Xidmət” mərkəzinin, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün bina və digər sosial obyektlərinin tikildiyini, kənd yollarının yenidən qurulduğunu söylədi.
Qəbulda iştirak edən kənd sakinləri kəndin pay torpaqlarını suvaran kanalın yenidən qurulmasını, istismar müddətini başa vurmuş elektrik naqillərinin və dirəklərinin dəyişdirilməsini , ünvanlı dövlət sosial yardımın verilməsini, həmçinin kənddə yeni məktəb binasının və tibb məntəqəsinin inşasının zərurəti barədə müraciət ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi.
Kənd sakinləri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də Respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirmiş, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiriblər.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.
Kürdəmir Rayon Mehdili kəndində səyyar qəbul keçirilibKürdəmir Rayon Mehdili kəndində səyyar qəbul keçirilibKürdəmir Rayon Mehdili kəndində səyyar qəbul keçirilibKürdəmir Rayon Mehdili kəndində səyyar qəbul keçirilib

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər