Bakıda külək, rayonlarda yağış olacaq

okt-17
08:54 2019
Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakıda və Abşeron yarımadasında oktyabrın 17-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 22-26, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin Lənkəran-Astara zonasında şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 17-18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər