Məşhur aktrisa “Instagram”a qatıldı – Sutka ərzində 6 milyon abunəçi topladı

okt-16
09:39 2019
Məşhur Hollivud aktrisası Cennifer Eniston oktyabrın 15-də “Instagram” sosial şəbəkəsində özünə hesab açıb.

Ulduz ilk post olaraq “Dostlar” (“Friends”) serialındakı həmkarları ilə şəklini paylaşıb.

“İndi biz “İnstagram”da da dostuq. Salam, “İnstagram”!” – Eniston postu şərh edib.

Elə ilk saatdaca 115 min insan aktrisanın akkauntuna abunə olub, hazırda isə akkauntun altı milyondan artıq abunəçisi var.

Xatırladaq ki, Manhettendən olan altı gəncin həyatından bəhs edən “Dostlar” serialı 1994-2004-cü illər arasında ekranlara çıxıb. Ümumilikdə on mövsüm çəkilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər