Ağsu rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul edib

okt-15
11:02 2019
RİH başçısı Vahid Tağıyev 11.10.2019-cu il tarixdə rayon rayon İcra hakimiyyətinin başçısı Aparatında rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə 241 nəfər vətəndaşı fərdi qaydada qəbul etmiş, qaldırılan məsələlərin icrası ilə bağlı müvafiq strukturlara tapşırıqlarını vermişdir. Saat 09:15-də başlayan qəbul saat 22:15 kimi davam etmişdir.
Qəbulda ölkədə həyata keçirilən sürətli sosial-iqtisadi inkişafdan geniş söhbət aparılmış, rayonda mövcud çatışmazlıqlar və həlli vacib məsələlər vətəndaşların diqqətinə çatdırılmışdır. 10.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş iclasda 05 fevral 2019-cu il tarixdə baş vermiş zələzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələrdən danışan RİH başçısı vətəndaşlara izah etmişdir ki, yekun nəticəyə görə FHN-nin müvafiq komissiyası tərəfindən verilmiş rəylərə uyğun işlərin icrası davam etdiriləcəkdir. Bir daha vurğulanmışdır ki, müəyyən olunmuş müddətdə müraciət etməyən vətəndaşların fərdi yaşayış evlərinə baxış keçirilməsi mümkün deyildir. Bundan əlavə vətəndaşlara fərdi yaşayış evlərinin sığortası ilə bağlı maarifləndirmə xarakterli izahat verilmişdir.
Qəbulda səsləndirilən şikayət və təkliflərin böyük bir qismi zəlzələ ilə bağlı olmuşdur. Müvafiq izahatlar vətəndaşlar tərəfindən razılıqla qarşılanmışdır. Yol, su, qaz, suvarma arxlarının təmizlənməsi, müalicə və müayinə, ÜDSY və əlillik dərəcələrinin təyin olunması, torpaq məsələləri, işlə təmin olunma və sair sosial məsələlərlə bağlı müvafiq izahatlar verilməklə aidiyyəti təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.
Vətəndaşların diqqətinə çatdırılmışdır ki, hər hansı məsələlərlə bağlı müraciətlərini instansiyaya uyğun olaraq RİH başçısının ərazi dairəsi üzrə nümayəndəliklərinə və bələdiyyələrə bildirməlidirlər. Bundan əlavə bildirildi ki, kənd əhalisi ayrı-ayrı günlərdə səyyar görüşlərdə qəbul olunacaq və qaldırılan məsələlərə aydılıq gətiriləcəkdir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər