Bazarda ən populyar avtomobil hansılardır?

okt-10
07:15 2019
Bu ilin əvvəlindən Azərbaycanın avtomobil bazarında "KIA", "Hyundai" və "Toyota" avtomobilləri daha çox populyar olub.
“Sputnik Azərbaycan” xəbər verir ki, bunu "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, hesabat dövründə müştərilər ən çox bu markalara üstünlük verib:

"Yerli avtomobillərə hələlik Azərbaycanda böyük tələbat yoxdur. Yerli yığım olan "Peugeot" avtomobillərinə qəbulolunan qiymətinə baxmayaraq (təxminən 16 min manat) əhali arasında böyük tələbat yoxdur".
Ekspert müşahidələrinə əsasən bildirib ki, bu ilin avqust ayında bazarda ən bahalı avtomobil "Range Rover" avtomobilidir. Onun qiyməti 400 min manatdan çoxdur. Ən ucuz avtomobil isə 700 manatlıq "Moskviç" avtomobilidir.

O əlavə edib ki, bu ilin əvvəlindən Azərbaycanda avtomobillərin orta qiyməti 50 975 manat təşkil edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər