Azərbaycanda "quş qripi" təhlükəsi var? — RƏSMİ AÇIQLAMA

okt-10
06:53 2019
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin mütəxəssis və əməkdaşları tərəfindən ölkə ərazisini yüksək patogen "quş qripi"ndən qorumaq məqsədilə xəstəliyə qarşı 2019-cu ilin sonu 2020-ci ilin əvvələrində epizotoloji monitorinqlər keçiriləcək.
Agentlikdən "Ölkə.Az"a verilən məlumata görə, monitorinqlər köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadasında, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq ərazilərində, eləcə də respublikamızın dənizsahili zonalarında aparılacaq.
Monitorinq aparılan müddətdə sənaye əsaslı iri quşçuluq müəssisələrində, həyətyanı və kommersiya tipli quşçuluq təsərrüfatlarında saxlanılan müxtəlif növ ev quşlarından diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər