“Futbolçuların hansı fədakarlıq etdiyinin fərqindəyik”

okt-10
06:45 2019
“Qələbə qazanmağımız çox vacib idi. Tək mənim üçün yox, ümumilikdə, komandanın əhval-ruhiyyəsinin yaxşı olması üçün bu qələbə önəmlidir”.

“Qafqazinfo”nun məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç deyib.

Xorvatiyalı mütəxəssis Bəhreyn yığması ilə səfərdə keçirilən yoxlama oyunu barədə fikirlərini açıqlayıb. Millinin baş məşqçisi postunda ilk qələbəsinə (3:2) şərh verən N.Yurçeviç qarşıdakı Macarıstanla seçmə oyununa da toxunub: “Bəhreyn millisi son bir neçə oyununda 1 qoldan artıq top buraxmamışdı, amma biz bu gün rəqibin qapısından 3 qol keçirə bildik. Çox çətin hava şəraitində oynadıq. Temperatur çox yüksək idi. Bu baxımdan futbolçuların hansı fədakarlıq etdiyinin fərqindəyik. Bu göstərir ki, komandada həm əzmkarlıq, həm də keyfiyyət var. Qarşıda bizi Macarıstan millisi ilə oyun gözləyir. Həmin qarşılaşmaya qədər yaxşı bərpa prosesi keçməliyik. Təbii ki, həmin oyun bugünkü qarşılaşmadan fərqlənəcək. Həm daha yaxşı hava şəraitində oynayacağıq, həm qarşılaşmanın statusu fərqlidir, həm də digər – sırf futbol nüansları baxımından çox fərqli görüş olacaq”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər