09:34 10.10.2019 405

Kürdəmirdə 5 oktyabr – Beynəlxalq müəllimlər günü qeyd olunub

Oktyabrın 4-də Kürdəmir şəhərinin “Muradxan” sarayında Beynəlxalq müəllimlər günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və təhsil işçiləri iştirak ediblər.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı çıxış edərək əlamətdar gün münasibəti ilə rayon müəllimlərini təbrik etdi, onlara daha böyük uğurlar arzuladı. O çıxışında bildirdi ki, Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Beynəlxalq müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram kimi qeyd olunur. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib. Ölkəmizdə müəllimlər günü 1993-cü ildə Ulu Öndərin vaxtından qeyd edilməyə başlanıb. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçib.Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəblər tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmirlər. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Heydər Əliyev Fondunun və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlətin bu fəaliyyət proqramına ”Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, onların əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Ceyhun Cəfərov vurğulayıb ki, Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə son illərdə rayonumuzda müasir standartlara cavab verən 38 yeni məktəb binaları və əlavə sinif otaqları tikilib istifadəyə verilib ki, bu da həmin məktəblərdə 10 minə yaxın şagirdin bir növbədə təhsil almasına şərait yaradıb. 2015-2016-cı dərs ili ərəfəsində Ölkə rəhbərimiz cənab İlham Əliyevin Kürdəmir rayonuna tarixi səfəri və bu səfər zamanı bir sıra sosial obyektlərin açılışı ilə yanaşı rayonun Atakişili kənd tam orta məktəbi yanında 624 yerlik müasir standartlara cavab verən yeni tədris binasının açılışında da iştirak etmişdir. Bu tarixi hadisə Kürdəmir təhsilinə və ümumilikdə Azərbaycan təhsilinə verilən ən böyük qiymət, diqqət və qayğının bariz nümunəsidir. 2018-2019-cu tədris ilində rayonun Axtaçı-Qarabucaq kəndində 132 yerlik müasir standartlara cavab verən yeni tam orta məktəb binasının açılışı edilərək məktəb kollektivinin istifadəsinə verilib. Eyni zamanda Bağman kənd tam otra məktəbi, Pirəköcə,Yeni Şıxımlı kənd ibtidai məktəbləri, Çöl-ərəb, Qurdlar, Çərtəyəz, Təklə, Öyləqulu kənd ümumi məktəbləri yanında modul tipli yeni məktəb binaları quraşdırılıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 04 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə şəhər 3 saylı tam orta məktəbin riyaziyyat müəllimi Mustafayeva Rəhilə Cənnət qızı “Tərəqqi” medalı ilə təltif edilməsini cənab prezidentin bütün sahələrə olduğu kimi təhsil sferasına da göstərilən diqqət və qayğısının bir nümunəsidir.
Tədbirdə çıxış edənlər dövlət başçısı tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışıblar.
Sonda təhsil sahəsində uzun müddət çalışan, səmərəli pedaqoji fəaliyyətinə görə fərqlənən müəllimlərə rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanları təqdim edildi.

Kürdəmirdə 5 oktyabr – Beynəlxalq müəllimlər günü qeyd olunub
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:06

Katolikos: “Ermənistan uçurumun kənarındadır”

13:02

Buz sürüşməsi 10 insanın həyatına son qoydu, 150-dək insan itkin düşdü - VİDEO

12:58

Bu yarmarkalarda məhsullar ucuz satılır - ÜNVANLAR

12:52

3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunacaq

12:45

İsveçrədə koronavirus vaksinindən 16 nəfər öldü

12:38

200 gündən artıq bağlı qalan Bakı metrosu barəsində RƏSMİ AÇIQLAMA

12:34

Ermənistanda ordu dövlət çevrilişində israrlıdır

12:32

Baş nazirdən işsizlərlə bağlı VACİB QƏRAR

12:26

“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır

23:48

Narkomaniya-Əsrin bəlası

23:36

Namiq Mürsəlov: 44 günlük Vətən Müharibəsinin nəticələri bütün xalqımız kimi xocalıların da coxillik qanayan yarasına məlhəm oldu

23:28

Bu gün Ağsu şəhərində Xocalı faciəsinin 29-cu il dönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir

15:00

Ağdam rayonunun Tərnöyüt kəndi - VİDEO

14:32

Xocalı soyqırımında əlindəki fənər 6 yaşlı uşağı xilas edib - VİDEO

13:55

Prezident: “Biz Xocalıya qayıdacağıq. Başqa yolu yoxdur!”

13:52

Prezident: “Dağlıq Qarabağ” ifadəsini işlətməməliyik”

13:48

Ərdoğan: “Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm”

13:20

Vətəndaş Məmnunluğu - FOTOLAR

13:08

Əlihüseyn Mayılov: Tarix boyu xalqımızın başına gətirilən bütün faciələr azadlıq, müstəqillik uğrunda mübarizə aparmağımız, bu yoldan çəkilməməyimiz səbəbindən başımıza düşmənlərimiz tərəfindən gətirilmişdir

12:47

Əli Hüseynov: XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ

12:02

İlham Əliyev: “Azərbaycan pandemiyanın əvvəlindən vəziyyəti nəzarətdə saxlayır”

11:41

İlham Əliyev: “Hər hansı bir qisas cəhdi Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq”

11:29

“Haber Global”: “Tarixdə dəhşət səhifəsi olan Xocalı” - FOTO

11:25

Prezident: “Ermənistandan istənilən təxribat yersizdir”

11:20

Nazirlikdən AÇIQLAMA - Əgər pensiyaçı 12 ildən çox yaşayırsa... - VİDEO

11:15

Prezident: “Əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın”

11:11

Çavuşoğlu Xocalı qurbanlarını andı - FOTO

11:06

İlham Əliyev: “Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür”

11:02

İlham Əliyev mətbuat konfransı keçirir - CANLI YAYIM

10:32

Meksika və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı

10:28

Hikmət Hacıyev: "Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik"

09:33

Xocalı soyqırımının şahidi: “Ermənilər atamı öldürdü, qardaşım itkin düşdü” - VİDEOREPORTAJ

09:28

Mehriban Əliyeva: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz” - FOTO

09:17

İlham Əliyevdən Xocalı paylaşımı - FOTO