Türkiyə Feysbuku cərimələdi

okt-09
09:07 2019
Türkiyənin Şəxsi Məlumat Qoruma Agentliyi Feysbuku 1 milyon 150 min lirə cərimələyib. Buna səbəb Feysbukun fərdi məlumatların qorunması tələbini tam yerinə yetirməməsi olub.

Ted.az bildirir ki, sosial şəbəkənin məlumat pozuntusu istifadəçilərə məxsus ad, cinsiyyət, doğum tarixi, münasibət statusu, təhsil səviyyəsi, dini məlumat, ölkə, yer, Feysbukda son axtarışlar, istifadəçinin izlədiyi 500-ə qədər əsas hesab kimi fərdi informasiyalarla bağlı olub.

“Feysbuku türk dilində istifadə edən 280 min 959 istifadəçi məlumat pozuntusundan zərər görüb. Məlumat pozuntusunun qarşısını almaq üçün şirkət lazımi inzibati və texniki tədbirlər həyata keçirməyib. Bu səbəbdən 1 milyon 150 min lirə cərimələnib”, – deyə Türkiyənin Şəxsi Məlumat Qoruma Agentliyindən bildirilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər