“Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı — ETİRAZ

okt-04
06:58 2019
AFFA rəhbərliyi Lüksemburqda “Düdelanj” və “Qarabağ” arasındakı Avropa Liqasının II tur matçında baş vermiş erməni təxribatına reaksiya verib.
AFFA-nın “Facebook” səhifəsinə istinadən məlumat verir ki, milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq, narazılığını bildirib.
Bu gün Avropa futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.

Qeyd edək ki, matçın 30-cu dəqiqəsində “Qarabağ” ikinci qolunu vurduqdan sonra “Jozi Bartel” stadionu üzərində dronla qondarma Dağlıq Qarabağın bayrağı sallanıb. Azərbaycan komandası və azarkeşlər buna kəskin etiraz edib. Matçda fasilə yaranıb. Lüksemburqun İdman naziri üzrxahlığını çatdırdıqdan sonra görüş davam etdirilib. Matç “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər