“Biz qorxaq deyilik, meydandan qaçmarıq” — Qurban Qurbanov

okt-04
06:36 2019
"İlk növbədə futbolçularımı təbrik edirəm. Hesabdan çox oyun maraqlı idi. Futbolçular bunu bacardılar. Lakin hesab bizi aldatmamalıdır. "Düdelanj"ın APOEL üzərində layiqli qələbə qazandığını düşünürəm. İkinci hissədə bəzi səhvlərimiz oldu. Bununla belə, qələbə qazandıq və bu münasibətlə futbolçularımızı və komandamıza dəstək olan bütün azarkeşləi təbrik edirəm".
Report xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Lüksemburqda "Düdelanj"a 4:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin II tur matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis ilk yarıda baş vermiş erməni təxribatı ilə bağlı da danışıb. O bildirib ki, idmanda belə halların tərəfdarı deyil:

"Bir dəfə də belə hal baş vermişdi. Həmişə bu cür halları qorxaqlıq adlandırıram. Həmişə belə vəziyyətlərdə insanlıq nümayiş etdirirəm.

Fəxr edirəm ki, azərbaycanlıyam, "Qarabağ"ı çalışdırıram. Oyun dayandıqda da çalışdıq ki, təmkin nümayiş etdirək. Futbolçuları sakitləşdirdik".

Q.Qurbanov bildirib ki, erməni təxribatından sonra meydanı tərk etsəydilər, komandaya problem ola bilərdi:
"Biz qorxaq deyilik, meydandan qaçmarıq. Uduzsaydıq belə, meydana qayıdacaq və mübarizə aparacaqdıq. Bir azərbaycanlı olaraq, qaçmağı özümüzə yaraşdırmıram".

Baş məşqçi klub rəhbərliyinin UEFA-ya müraciət edəcəklərini bildirib: "UEFA sərt qərar qəbul etsə, bu, hamı üçün bir siqnal olacaq".

Təcrübəli mütəxəssis ikinci hissədə əvəzlədiyi Qara Qarayevin diz nahiyəsində ağrıları olduğunu və buna görə onu meydanda saxlamağa risk etmədiyini də əlavə edib.

Qurbanov qarşıdakı bütün oyunlara ciddi yanaşmalarının vacibliyini vurğulayıb:

"İndidən hər hansı fikir söyləyə bilmərik. Çox vacib 3 xal qazandıq. Qrupun favoriti "Sevilya"dır. Qalan 3 komanda isə 1/16 finala növbəti vəsiqə uğrunda öz aralarında mübarizə aparacaq".

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər