Lüksemburqun idman naziri təxribata görə “Qarabağ”dan üzr istəyib

okt-04
06:19 2019
Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" (Lüksemburq) - “Qarabağ” (Azərbaycan) oyunu təxribatla əlaqədar dayandırıldıqdan sonra Lüksemburqun idman naziri Ağdam təmsilçisinin soyunub-geyinmə otağına gedib.
APA o, baş verən təxribata görə "Qarabağ" komandasının üzvlərindən üzr istəyib.

Nazir qeyd edib ki, ölkəsi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi sayır. O, təxribatçının tapılaraq, cəzalanacağını da deyib.

Nazirin üzrxahlığı stadionda da elan olunub.
Bundan sonra qarşılaşma dayandırıldığı 31-ci dəqiqədən davam etdirilib.

Qeyd edək ki, xoşagəlməz hadisə Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb. Separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla stadionun mərkəzinə gətirilib. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb.

Yekunda “Qarabağ”4:0 hesablı qələbə qazanıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər