Röya “Maşın”ın iştirakçılarını tənqid etdi

okt-04
06:14 2019
Əməkdar artist Röya Ayxan "Maşın" realiti-şousunun iştirakçılarını tənqid edib.
Qafqazinfo xəbər verir ki, sənətçi instaqram səhifəsində yarışmanın görüntülərini paylaşaraq oyunu şərh edib.
Röya qeyd edib ki, iştirakçılar şəxsi məsələlərə görə mübarizə aparırlar: "Bütün Azərbaycan xalqı möhtəşəm adamın şousuna baxır, eləcə də biz. İstanbulda yeməyə getdik. Bu saatda evə gəldik. Hər kəsə uğurlar arzu edirəm. Köhnə məsələləri "Maşın" şouda həll etmək doğrudur? Məncə, maşının davası getməlidir. Köhnə söhbətlərin, şəxsi davaların əleyhinəyəm".

Qeyd edək ki, ötən gün aşıq Namiq Fərhadoğlu müğənni Nazim Pişyarinin göstərişi ilə Kərim Abbasovu oyundan çıxardıb. Nazim buna səbəb kimi bir müddət əvvəl yaşanan hadisəni misal çəkib. Kərim isə 12 il əvvəl məclisdə Nazimin ona mikrofon vermədiyini, indi intiqam aldığını bildirib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər