Salyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL

okt-03
10:12 2019
Salyan Uşaq İncəsənət Məktəbinin binası əsaslı təmir olunur

Salyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Prezident İlham Əliyevin bu ilin mart ayında bir qrup mədəniyyət və incəsənət xadimləri ilə görüşü bu sahənin inkişafında növbəti dönüş mərhələsı oldu. Paytaxtdakı bir sıra mədəniyyət ocaqlarının yenilənməsi ilə bağlı sərəncamlar verildi. Prosesin davamı olaraq hazırda bölgələrdəki mədəniyyət obyektləri müasir tələblərə uyğun qurulur. Onlardan bir də Qulu Əsgərov adına Salyan Uşaq İncəsənət məktəbidir. Salyan Uşaq İncəsənət məktəbinin binasının yenilənməsinə cari ilin iyul ayının əvvəlindən başlanılıb.
Artıq binanın təmir-tikinti işləri yekunlaşıb. Sinif otaqlarının qapı və pəncərələri, həmçinin elektrik naqilləri tam yenilənib. Qeyd edək ki, sözü gedən mədəniyyət müəssisəsində dərslərin yüksək səviyyədə tədrisi üçün hər cür şərait yaradılıb. Görülən tikinti quraşdırma işlərinin nəticəsi olaraq sinif otaqlarının sayı da artırılmışdır. Bundan əlavə binanın özülünü və divarlarını qrunt sularından qorumaq üçün əlavə tədbirlər görülmüşdür ki, bu da binanın təhlükəsizliyini təmin etməklə yanaşı, birinci mərtəbənin divarlarını nəmdən qoruyacaq. Xatırladaq ki, Qulu Əsgərov adına Salyan Uşaq İncəsənət Məktəbində 10 ixtisas üzrə dərslər tədris olunur və 406 şagird təhsil alır.
Salyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Salyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Salyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Salyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Salyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Salyan rayonu Qarabağlı kəndində uşaq bağçası tikilb
Salyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili və gələcəkdə intellektual qüvvə kimi yetişmələri üçün bu gün dövlətimiz tərəfindən mühüm tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən layihələrin sırasında yeni uşaq bağçalarının inşası, mövcudlarının isə ən müasir səviyyədə yenidən qurulması xüsusi əhəmiyyətə malikdir. Bu işlərdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondunun da böyük xidmətləri var. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond indiyədək bu sahədə çoxlu sayda layihə reallaşdırıb.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan rayonunun Qarabağlı kəndində 2018-ci ildə tikintisinə başlanılmış 100 yerlik uşaq bağçası da bu işlərin ardıcıl xarakter aldığını açıq şəkildə nümayiş etdirir. Ümumi sahəsi 1388.8 kvadratmetr olan iki mərtəbəli məktəbəqədər müəssisə müasir mebel dəstləri ilə təchiz edilmiş, qrup otaqları balacaların zövqünə uyğun təşkil edilmiş, ərazisində yaşıllıq zolağı salınmışdır. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait yaradılmışdır.
Salyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Salyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Salyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Salyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Salyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Salyan rayon prokurorluğunun yeni inşa olunmuş inzibati binasının açılışı olmuşdur

Salyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Salyan rayon prokurorluğunun yeni inşa olunmuş inzibati binasının açılışı olmuşdur. Tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorunun müavini Namiq Əsgərov, rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, prokurorluq orqanlarının veteranları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Namiq Əsgərov qarşıdan gələn 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə rayon prokurorluğunun kollektivini təbrik edərək bildirmişdir ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, milli maraqlarımıza xidmət edən bir dövlət qurumu kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və gündəlik qayğısı nəticəsində mümkün olub.
Açılış mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov prokurorluq orqanlarının əməkdaşlarını yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik etmiş, onlara çətin və şərəfli işlərində uğurlar arzulamış, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində və cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının rolunu yüksək qiymətləndirmişdir.
Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğısından söz açan rayon rəhbəri prokurorluq əməkdaşları üçün tikilən yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirmişdir.
Salyan rayon prokuroru Firdovsi Nemətli rayon prokurorluğunun inzibati binasının müasir standartlar səviyyəsində inşa edilərək bütün otaqların kompüter və ən müasir zəruri avadanlıqlarla təmin edilməklə istifadəyə verilməsini dövlət tərəfindən porokurorluq orqanlarına göstərilən diqqət və qayğı kimi qiymətləndirmişdir. Tədbirdə prokurorluq əməkdaşları dövlətin onlara göstərdiyi yüksək etimadı doğruldacaqlarını, qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklərini inamla ifadə etmişlər.
Salyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLSalyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLSalyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLSalyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLSalyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLSalyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLSalyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLSalyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLSalyan şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər