Dövlət Agentliyinin işçiləri ağacları niyə çıxarıb?

okt-03
08:36 2019
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi (AAYDA) Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yeni əkilmiş ağacların qurum əməkdaşları tərəfindən çıxarılması ilə bağlı açıqlama yayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin ərazidə dövlət əhəmiyyətli yol salınır və kimlərsə icazəsiz olaraq sözügedən yolda ağac əkib:

“Artıq yolda təmir işləri yekunlaşmaq üzrədir. Piyadalar üçün səki salınması nəzərdə tutulan yerə kimsə bilərəkdən ağac əkib. Ərazidə qanunvericiliyə əsasən köçürülmə işləri aparılıb, obyektlər sökülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında ərazidə olan ağaclar başqa yerlərə köçürülüb.

Artıq yolun yenidən qurulması işləri son mərhələsindədir. Bizim əməkdaşlar orada düzəldiləcək səkinin yerində ağac əkənlərə xəbərdarlıq etsələr də, onlar buna məhəl qoymayıb. Belə olan halda əməkdaşlarımız həmin ağacları özləri çıxarmağa məcbur olublar. Bir daha qeyd edirəm ki, biz həmin şəxslərin səkinin yerində ağac əkməkdə məqsədlərinin nə olduğunu bilmirik”.
Dövlət Agentliyinin işçiləri ağacları niyə çıxarıb?

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər