““Gəncə işi”ndəkilərin cinayətləri tam sübuta yetirilib”

okt-01
08:02 2019
Baş prokuror Zakir Qaralov “Gəncə hadisələri” ilə bağlı məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərin yaxınlarının etirazına münasibət bildirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Z. Qaralov deyib ki, Gəncədə baş vermiş hadisəyə hüquq-mühafizə orqanları və cəmiyyət qiymət verib: “Gəncə şəhər icra başçısına qarşı törədilən terror aktı, həmin terror aktını dəstəkləyənlər, Gəncə şəhərində kütləvi iğtişaşlar törətmək istəyən dini-radikal qüvvələrdir.

Biz prokurorluq olaraq hər kəsin istintaqını aparmışıq, hər bir şəxslə bağlı kifayət qədər sübut əldə etmişik. Hazırda onların məhkəmə prosesi yekunlaşdığına görə qeyd edə bilərəm ki, cinayətləri tam sübuta yetirilib. Məhkəmə sözsüz ki, hər bir təqsirləndirilənin şəxsiyyətini, ailə vəziyyətini, bundan əvvəlki fəaliyyətini nəzərə alaraq qərar qəbul edir. Qəbul edilmiş humanist qərarlar onların günahsız olması demək deyil”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər