Qazaxıstan Prezidenti Azərbaycana yeni səfir təyin etdi — FOTO

sen-30
08:27 2019
Prezident Kasım-Jomart Tokayevin fərmanına əsasən, Serjan Abdıkarimov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Bu barədə "Ölkə.Az"a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, S.Abdıkarimov 1976-cı il mayın 11-də Karaqanda şəhərində anadan olub. 1993-1998-ci illərdə Abay adına Almatı Dövlət Universitetində təhsil alıb. Diplomatik fəaliyyətinə 1998-ci ildə Üçüncü departamentin Avropa və Amerika idarəsinin referenti qismində başlayıb. O, Qazaxıstanın Cənubi Koreya, Avstriya, Böyük Britaniyadakı səfiliklərində müxtəlif vəzifələrdə çalışıb, ölkəsinin Bolqarıstandakı müvəqqəti işlər vəkili vəzifəsini icra edib.

Azərbaycana səfir təyin olunan qədər S.Abdıkarimov 2015-ci ildən Qazaxıstanın Çexiya, eyni zamanda Slovakiyadakı səfiri vəzifəsində çalışıb.
Ailəlidir, 4 övladı var.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər