Nazir qalmaqallı məmuru işdən çıxardı, cinayət işi açıldı — VİDEO

sen-26
09:26 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sabirabad rayon şöbəsinin müdiri Bayram Mikayılov vəzifəsindən azad edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev şöbə rəisini vəzifəsindən azad etmək barədə əmr imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov Unikal.org-a xəbəri təsdiqləyib. O, bildirib ki, Bayram Mikayılov vəzifə səlahiyyətlərinin icrası zamanı kobud nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib. Aşkarlanmış fakta hüquqi qiymətin verilməsi üçün material Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Məlum olub ki, Sabirabad rayonunda may ayında təyin olunmuş və ödənişi aparılan pensiya işlərinin araşdırılması zamanı 31 halda pensiya işində qanun pozuntuları müəyyən edilib.

Qeyd edək ki, B.Mikayılov DSMF-nin Saatlı rayon şöbəsinin müdiri vəzifəsində çalışarkən yaşlı kişinin təhqir etməsi, daha sonra paytaxtın Xətai rayonunda arvadı Gülnarə Cəbrayılovanı mübahisə zəminində bıçaqlaması ilə gündəmə gəlmişdi. Gülnarə Cəbrayılova Laçın rayonunun keçmiş icra başçısı Ramiz Cəbrayılovun qardaşı qızıdır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər