“Öz qızını döyən hakimiyyətə gəlsə, bizi öldürər, dizimizi sındırar” – Emin Milli

sen-20
08:46 2019
Mühacirətdə olan müxalifətçi, “Meydan TV”-nin keçmiş rəhbəri Emin Milli AXCP sədri Əli Kərimli və müavin Fuad Qəhrəmanlı haqda sərt ittihamlar səsləndirib.

Minval.info həmin açıqlamanı təqdim edir:

Barmaqlarımızı sındıranlar

Seljan xanımın cəsarəti mənə bizim iyrəncliyin içində ümid verən bir işıqdır. Vicdanı olan, insanlığını hələ itirməyən hər kəs Seljanı müdafiə etməlidir, anasına dəstək olmalıdır.

Öz qızının dizini sındıran və həyat yoldaşının barmaqlarını sındıran bir cinayyətkar (Fuad Qəhrəmanlı) mütləq həbs edilməlidir və cəzasını almalıdır.

Seljanın dediklərinə görə, Əli Kərimli onun anasına boşanmaqdan vaz keçməyi məsləhət görüb, uşaqlarının gələcəyi haqqında düşünməyi məsləhət bilib. Mənə görə bu cinayyətə bərayət qazandırmaqdır, zorakılığı dəstəkləməkdir. Dizini sındıran atası ilə o qızın hansı gələcəyi ola bilər? Normal bir ölkədə Əli Kərimli belə fikirlərə görə hamıdan üzr istəyib istefa verməli idi, AXCP üzvləri Fuad Qəhrəmanlının və Əli Kərimlinin istefalarını tələb etməliyidilər.

AXCP-nin liderlərinin azadlıq haqqında, insan haqqları haqqında, demokratiya haqqında danışmaqa heç bir mənəvi haqqları yoxdur. Bu iyrəncliyi dəstəkləyən, müdafiə edən istənilən şəxs potensial cinayyətkardır və totalitar düşüncəli məxluqdur. Fərqi yoxdur höküməti dəstəkləyən, müxalifəti dəstəkləyən və ya siyasətə qarışmayan biri olsun.

Bu bir ailənin daxili işidir deyənlər isə onda gərək Azərbaycan polisi onları əzəndə beynalxalq təşkilatlara üz tutmasınlar. Hökümət də elə eyni məntiqlə Sizi əzib deyir ki, bu bizim daxili işimizdir.

Biz xalq olaraq və cəmiyyət olaraq azad olmaq istəyiriksə gərək bu azadlıqı ilk növbədə ailəmizdə qurmaqı oyrənək. Öz ailəsində ailə üzvlərini döyəni hakimiyyətə gətirsək bunlar bizi meydanlarda minlərlə öldürərlər, dizlərimizi, barmaqlarımızı sındırarlar.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər