“Son 10 ildə SOCAR-ın dövriyyəsi 26 dəfədən çox artıb” — Rövnəq Abdullayev

sen-19
10:59 2019
"Son 10 ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dövriyyəsi 26 dəfədən çox artıb və gəlirlərin böyük hissəsi Azərbaycanın hüdudlarından kənarda əldə olunub".
Report xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində qeyd edilib:

"Xarici aktivlərimiz, Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya, İsveçrə, Avstriya, BƏƏ kimi ölkələrdə əldə etdiyimiz terminallar, limanlar, zavodlar, emal, neft-kimya, logistika kompleksləri, yanacaqdoldurma və texniki servis məntəqələri Azərbaycan dövlətinin mülkiyyəti olaraq, ölkəyə sabit dividendlər gətirir, onun iqtisadi gücünün möhkəmlənməsinə xidmət edir.
Azərbaycan SOCAR-ın timsalında qardaş Türkiyənin ən böyük xarici investorudur. Ötən il Türkiyədə tikib istismara verdiyimiz STAR neft emalı zavodunda istehsal olunan məhsullar ən böyük aktivimiz olan “Petkim”i xammalla təchiz etməklə yanaşı Türkiyədəki biznes şəbəkəmizin inkişafına yeni təkan verib”.

O qeyd edib ki, son 10 ildə SOCAR-ın aktivləri 4 dəfədən çox, cəmi pul vəsaitləri və ekvivalentləri isə 9 dəfəyə yaxın artım tempi göstərib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər