Yeni istifadəyə verilən eskalator niyə dayandı?

sen-19
08:34 2019
Bu gün səhər saatlarında yeni istifadəyə verilmiş “Xətai” stansiyasında eskalator qəfil dayanıb. “Qafqazinfo” xəbər verir ki, hadisə şahidlərinin bildirdiyinə görə, bu zaman bir qadının halı pisləşib və yıxlıb. Bu zaman gənclərdən biri ona yardım edərək yuxarıya qaldırıb. Sərnişinlərin bildirdiyinə görə, bu vəziyyət ötən gün də baş verib. Onlar yeni istifadəyə verilmiş eskalatorun qəfil dayanmasının səbəbini sorğulayırlar.

“Qafqazinfo” məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb. O bildirib ki, ötən gün baş verən dayanma sərnişinlərdən birinin ehtiyatsız davranması səbəbindən olub: “Belə ki, yeni eskalatorlarda stop düyməsi var. Köhnə eskalatorlarda isə bu düymə açar formasındadır. Sərnişinlərdən kimsə ötən gün bir dəfə düyməni sıxıb. Nəticədə eskalatorların hərəkəti dayanıb. Onu qeyd edim ki, stansiyalarda yeni qurulan eskalatorlar daimi nəzarət altındadır. Sərnişinlər də görür ki, əməkdaşlarım hər gün baxış keçirir, təhlillər aparır. Çünki eskalator bir neçə gündür ki, sərnişin yükü altında işləyir. Bu, təhlükəsizlik tədbiridir və texniki normativlərə əsasən baxılmalıdır.Biz sərnişinlərə bu düymələrlə bağlı xəbərdarlıq edirik. Bu gün səhər dayanmanın səbəbi isə plastik maddə qırıntısının eskalatora düşməsidir. Eskalatora hər hansı bir qırıntı düşdüyü halda, sistem bununla bağlı siqnal verir. Əməkdaşlar isə bu zaman təhlükəsizlik baxımından eskalatoru saxlamalıdır və baxış keçirməlidir. 2 dəqiqə müddətində eskalatora baxış keçirilib və sonra qoşulub”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər