Ağsu rayon İcra Hakimiyyətinin başçısı Padar kəndində vətəndaşları qəbul edib

sen-18
12:25 2019
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Padar kəndində vətəndaşları qəbul edib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının sektor müdiri Qalib Əsgərov iştirak edib.


Qəbul zamanı vurğulanıb ki, belə görüşlər vətəndaşların irəli sürdüyü irad və təkliflərin tez bir zamanda həllinə imkan yaradır. Bu da yaşayış məntəqələrinin sakinləri tərəfindən razılıqla qarşılanır. Kənd sakinləri çıxışlarında sosial-iqtisadi inkişaf sahəsində ölkədə həyata keçirilən məqsədyönlü tədbirlərə görə dövlət başçısına dərin minnətdarlıqlarını və razılıqlarını bildiriblər.


Görüşdə vətəndaşlar tərəfindən əsasən kənd təsərrüfatı məqsədləri üçün icarəyə torpaq sahəsi ayrılmasına, kənddə uşaq bağçasının açılmasına, elektrik təsərrüfatının yenidən qurulmasına, Bakı-Şamaxı-Yevlax magistral yolundan kəndə ayrılan 7 km yolun asfaltlaşdırılmasına, ünvanlı dövlət sosial yardımı təyinatına köməklik göstərilməsi və bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.


Qeyd olunan problemlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.Ağsu rayon İcra Hakimiyyətinin başçısı Padar kəndində vətəndaşları qəbul edibAğsu rayon İcra Hakimiyyətinin başçısı Padar kəndində vətəndaşları qəbul edibAğsu rayon İcra Hakimiyyətinin başçısı Padar kəndində vətəndaşları qəbul edibAğsu rayon İcra Hakimiyyətinin başçısı Padar kəndində vətəndaşları qəbul edibAğsu rayon İcra Hakimiyyətinin başçısı Padar kəndində vətəndaşları qəbul edib

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər