Nazir Elinanın məktəbinə — ONU DİREKTOR TƏYİN ETDİ

sen-17
11:09 2019
Bakı şəhəri 162 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.
Apa xəbərinə görə, Təhsil Nazirliyinin müvafiq əmri ilə bu vəzifə Nəzərova Arzu Aslan qızına tapşırılıb.

A. Nəzərova 2003-cü ildən Bakı şəhərindəki Məktəb-Lisey Kompleksində və 162 nömrəli tam orta məktəbdə direktor müavini kimi çalışıb.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda həmin iş üzrə məhkəmə keçirilir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər