İran XİN Səudiyyə Ərəbistanın neft yataqlarına hücuma münasibət bildirib

sen-16
10:31 2019
İran Xarici İşlər Nazirliyi (XİN) Yəməndəki husilərin Səudiyyə Ərəbistanın neft yataqlarına hücumuna münasibət bildirib.

APA-nın Tehran bürosunun xəbərinə görə, İran XİN-in sözçüsü Seyid Abbas Musəvi deyib ki, 5 ildir Yəməndə müharibə gedir.

“İran açıq şəkildə elan edib ki, Yəmən xalqı və onların hüquqlarını dəstəkləyir. Səudiyyə Ərəbistanında neft yataqlarına hücumla bağlı bizə qarşı olan iddialar yalandır və kökündən əsassızdır”, – A. Musəvi vurğulayıb.

Qeyd edək ki, sentyabrın 14-də husilər dronlarla Səudiyyə Ərəbistanının neft yataqlarına zərbə endiriblər. Bu məsələdə ABŞ İranı günahlandırır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər