Bəyi toyunda belə öldürdülər – Anbaan VİDEO

sen-16
05:46 2019
Türkiyədə toy mərasimində dəhşətli qətl hadisəsi baş verib, Novosti-Azerbaydjana Türkiyənin Show TV telekanalına istinadən bildirib.
26 yaşlı Serkan İxtiyar öz toyunda qətlə yetirilib. 26 yaşlı gənci onun əmisi oğlu Rəşid Gənc öldürüb.

Məlumata əsasən, bir neçə gün bundan öncə İxtiyar bütün qohumlarını toya dəvət edib. Dəvət olunanlar arasında əmisi oğlu da olub.
Özü ilə tapança götürən Gənc toyun ortasında bəyə arxadan yaxınlaşıb və onun kürəyinə dörd dəfə atəş açıb.

Aldığı yaralardan bəy yerində keçinib.

Atəş açan şəxs bir neçə saat sonra saxlanılıb. Gənc ifadəsində bu günü artıq üç ildir ki, gözlədiyini deyib.

“Bu, qanlı intiqam idi. Üç il bundan öncə mənim qardaşım İxtiyar sərxoş halda yol qəzası törədən zaman onun maşınında həlak olub. O, şərti cəza aldı, mənim qardaşım isə öldü. O zaman qardaşımın intiqamını alacağım barədə özümə söz verdim”, – Gənc polisə bildirib.
Fakt üzrə istintaq aparılır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər