Snouden ABŞ-a qayıtmaq üçün şərtlərini açıqlayıb

sen-13
06:59 2019
Rusiyada sığınacaq almış ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) keçmiş əməkdaşı Edvard Snouden yalnız işinə obyektiv baxılacağına inamı yaranacağı təqdirdə, ABŞ-a qayıda bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu sözləri cümə axşamı ABŞ Milli İctimai Radiosunun müxbirlərinə verdiyi müsahibədə söyləyib.

ABŞ hökumətinin casusluq haqqında qanunlarını pozmaqda günahlandırdığı Snouden qeyd edib ki, ABŞ münsiflər məhkəməsi onun jurnalistlərə verdiyi məxfi məlumatlarla tanış olmalıdır.

“Münsiflər heyəti, bu məlumatları ictimaiyyətə açıqlamağın düzgün addım olub olmadığını qiymətləndirə bilmədiyi təqdirdə, məlumatların açıqlanması ilə bağlı ədalətli proses ola bilməz”, – deyə o bildirib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər