ABŞ Türkiyəyə qarşı sanksiyaların bütün variantlarını araşdırır

sen-13
06:11 2019
ABŞ rəhbərliyi, Rusiyadan “S-400” zenit-raket sistemləri (ZRS) aldığına görə Türkiyəyə qarşı tətbiq oluna biləcək mümkün sanksiyaların bütün variantlarını nəzərdən keçirir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı bir qrup jurnalistlə görüşündə ABŞ Dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Klark Kuper deyib.

O, ABŞ-ın bu mövzuda qərarının nə vaxt gözlənildiyini açıqlamayıb. Kuperin sözlərinə görə, ABŞ hakimiyyəti Türkiyəyə qarşı məhdudiyyətlərin tətbiq edilməsi üçün heç bir müddət təyin etməyib.

“Bütün bunlar təqvimə deyil, müəyyən şərtlərə əsaslanır. Amerika qanunvericiliyi ilə sanksiyalarla əlaqədar müəyyən edilmiş cədvəl yoxdur. Lakin, əlbəttə ki, cavab tədbirləri (Türkiyənin Rusiyadan S-400 almasına) reaksiya baxımından bütün fəaliyyət variantları nəzərdən keçirilir”, – deyə ABŞ xarici siyasət idarəsi rəsmisi bildirib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər