Kürdəmir Rayon Axtaçı kəndində səyyar qəbul keçirilb

sen-12
10:40 2019
Sentyabrın 12-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Axtaçı kənd inzibati ərazi dairəsinin Axtaçı-Qarabucaq və Axtaçı kəndlərinin sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qəbulda giriş nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Kürdəmir rayonunda sosial-iqtisadi sahədə görülən işlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, Ölkə Prezidentinin Sərəncamlarına əsasən Kürdəmir rayonunda “Asan Xidmət” mərkəzi, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün bina və digər sosial obyektlər tikilir, kənd yolları yenidən qurulur.
Kənd sakinləri yol, pay torpaqlarına suvarma su ilə təmin edən kanalın yenidən qurulması, sosial müdafiə, məşğulluq məsələləri ilə bağlı rəy və təkliflərini veriblər. Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sonda Ceyhun Cəfərov görüşdə səsləndirilmiş təkliflərlə bağlı aidiyyəti məsul şəxslərə konkret tapşırıqlar verib.Kürdəmir Rayon Axtaçı kəndində səyyar qəbul keçirilbKürdəmir Rayon Axtaçı kəndində səyyar qəbul keçirilbKürdəmir Rayon Axtaçı kəndində səyyar qəbul keçirilbKürdəmir Rayon Axtaçı kəndində səyyar qəbul keçirilbKürdəmir Rayon Axtaçı kəndində səyyar qəbul keçirilb

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər