Bu şəxslərin də maaşları artırılır — Baş nazirdən qərar

sen-12
07:26 2019
Dövlət Miqrasiya Xidmətinin (DMX) xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləğləri təsdiqlənib.
"Ölkə.Az"ın məlumatına görə, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Bununla da Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 106-6 və 2018-ci il 12 aprel tarixli 146-9 nömrəli qərarları olunub.

Nazirlər Kabineti qərara alıb ki, 1 nömrəli əlavə ilə DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri təsdiq edilsin.

2 nömrəli əlavə ilə DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləğləri təsdiq olunub.
Qeyd edək ki, qərarlar Azərbaycan Prezidentinin 2019-cu il 18 iyun tarixli 1250 nömrəli Sərəncamının 2.2-ci bəndinə əsaslanır.

Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

Xatırladaq ki, bu ilin iyunun 18-də Prezident İlham Əliyev DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamla qurumun xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər