Qaydaları pozan sürücü yol polisinə mane olmağa çalışdı – FOTO, VİDEO

sen-12
06:02 2019
Qayda pozan sürücü yol polisinin əmrinə tabe olmaqdan boyun qaçırıb.

Oxu.Az xəbər verir ki, gecə saatlarında Yasamal rayonu ərazisində avtomobilində çoxavazlı səs siqnalından istifadə edərək ictimai asayişi pozmağa çalışan sürücü saxlanılıb.

İsmayıl bəy Qutqaşenli və Nəriman Nərimanov küçələrinin kəsişməsində 10-AR-102 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü Əmirov Fərid Elman oğlu avtomaşına quraşdırılan əlavə səs siqnalından istifadə edib.

Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları həmin sürücüyə “Saxla!” əmri verib. Müəyyən olunub ki, nəqliyyat vasitəsinə çoxavazlı səs siqnalı qoşulub.

Sürücü səs siqnalının sökülməsi üçün mühərrik hissəsinin açılmasına mane olub. Avtomobilin cərimə meydançasına yerləşdirilməsi üçün əraziyə evakuator çağırılıb. Sürücü bu zaman da YPX əməkdaşlarına mane olmağa çalışıb.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları cəlb edilib.

Fərid Əmirov İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən, polis bölməsinə aparılıb. Nəqliyyat vasitəsi isə cərimə meydançasına aparılıb.
Qaydaları pozan sürücü yol polisinə mane olmağa çalışdı – FOTO, VİDEO
Qaydaları pozan sürücü yol polisinə mane olmağa çalışdı – FOTO, VİDEO
Qaydaları pozan sürücü yol polisinə mane olmağa çalışdı – FOTO, VİDEO
Qaydaları pozan sürücü yol polisinə mane olmağa çalışdı – FOTO, VİDEO

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər