“Dorian” qasırğasından sonra 2500 nəfər itkin düşüb

sen-12
05:49 2019
Baham adalarında “Dorian” qasırğasından sonra təxminən 2,5 min insan itkin düşmüş hesab olunur.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Baham adalarının fövqəladə hallar üzrə Milli Agentliyinin nümayəndəsi Karl Smit keçirdiyi mətbuat konfransında məlumat verib.

“Məlumat bazası üzərində işləyirik. İtkin düşənlərin siyahısı hələlik rəsmi qurumlar tərəfindən təxliyyə edilmiş və sığınacaqlara yerləşdirilmiş şəxslərin qeydləri ilə müqayisə olunmayıb”, – deyə Smit bildirib.

Qeyd edək ki, qasırğa sentyabrın 1-də arxipelaqda ciddi fəsadlara yol açıb. Son məlumatlara görə, təbii fəlakət nəticəsində azı 50 nəfər ölüb. Adalarda 13 minə yaxın bina zədələnib və ya dağılıb, geniş ərazilər su altında qalıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər