Milli azlıqlar uşağa necə ad qoymalıdır?

noy-12
13:16 2015
Milli azlıqlar uşağa necə ad qoymalıdır?





















Azərbaycanda uşaqlara qoyulan adların siyahısında olan dəyişikliklər və qadağalar yalnız milliyyətcə azərbaycanlı olan şəxslərə aiddir. Azərbaycan vətəndaşlığını qəbul edən, başqa millətin nümayəndəsi olan şəxslər üçün bu qadağalar keçərli deyil

Bunu açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova bildirib.
O bildirib ki, Azərbaycan əhalisinin 10 faizə yaxınını milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir: “Hər xalqın öz ad sistemi var. Biz Azərbaycanda yaşayan yəhudilər, talışlar, kürdlər, tatlar, avarlar, saxurlar, ləzgilər, udilər, ruslar, molokanlar, ingiloylar və digər xalqların ad sisteminə qətiyyən müdaxilə edə bilmərik. Onlar Azərbaycan vətəndaşı olsalar da, öz millətlərinə məxsus adları övladlarına qoya bilərlər. Amma bu, azərbaycanlılar üçün keçərli deyil”.
Professor qeyd edib ki, ad hər bir millətin kimliyini bildirir: “Azərbaycanlı olan şəxslərin məsələn, ingilis adı qoyması nə qədər düzgündür!?. Azərbaycan övladına “Qaliley”, “Şekspir” kimi adların qoyulması milli dəyərlərə ziddir”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər