Kürdəmir Rayon Qarasu kəndində səyyar qəbul keçirilib

sen-11
09:35 2019
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Qarasu kəndində əhali ilə növbəti səyyar görüş-qəbulu keçirilib.
Qarasu kənd sakinləri ilə görüş-qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qəbulda giriş nitqi ilə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov rayonun Qarasu kənd inzibati ərazi vahidliyində də xeyli abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü diqqətə çatdırdı. Rayon rəhbəri vurğulayıb ki, Şilyan-Qarasu avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi, yük və sərnişin daşınması daha da asanlaşıb, ən əsası bölgədə kənd təsərrüfatının inkişafında geniş imkanlar yaranıb.Rayon rəhbəri 29 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində Qarasu kəndində 624 şagird yerlik tam orta məktəbinin tikintisinin nəzərdə tutulduğunu, məktəbin yeni binasının inşasına yaxın müddətdə başlanılacağını söylədi.
Kənd sakinlərinin səyyar qəbulda enerji və su təchizatı, suvarma su kanallarının lildən təmizlənməsi, istismar müddətini başa vurmuş elektrik dirəklərinin və naqillərinin dəyişdirilməsi ilə əlaqədar təklifləri və şikayətləri oldu. Hər biri barədə aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapdı.
Kənd sakinləri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirmiş, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiriblər.Kənd sakinləri Şilyan-Qarasu avtomobil yolunun tikintisinə və Qarasu kəndinə təbii qazın verilməsinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Kürdəmir Rayon Qarasu kəndində səyyar qəbul keçirilibKürdəmir Rayon Qarasu kəndində səyyar qəbul keçirilibKürdəmir Rayon Qarasu kəndində səyyar qəbul keçirilib

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər